BAKI, AzerVoice
İran, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Tehranın "Yaxın Şərqdə təsir dairəsini genişləndirmə siyasətindən əl çəkməli" olduğu barədəki açıqlamalarına etiraz edib.
AzerVoice xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusuna bağlı "Tasnim" xəbər agentliyi bildirir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Fidana qarşı çıxaraq onun İranın regional siyasətləri ilə bağlı fikirlərini "ədəbsiz" adlandırıb. O, həmçinin Türkiyəni "regiondakı hadisələrdə gizli Amerika və İsrail təsirlərinə göz yummaqda" ittiham edib və Fidanın sözlərini "böyük bir səhv" kimi dəyərləndirib.
Fidan isə mətbuata açıqlamasında İranın İraq və Suriyada nüfuzunu qorumaq üçün "çox yüksək qiymət ödədiyini" və əldə etdiyi qazancın çəkdiyi xərclərdən qat-qat az olduğunu bildirib. O əlavə edib ki, "İranın regiondakı vasitəçiləri ilə bağlı xarici siyasəti ciddi risklər daşıyır".