Bakı, AzerVoice
İsrail ordusu bu səhər Qəzza zolağına humanitar yardımı dayandırıb və keçid məntəqələrini bağlayıb.
AzerVoice xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin netanyahu qərar qəbul edib.
Baş nazirin ofisinin verdiyi açıqlamada bildirilib ki, bu qərar HƏMAS-ın İsrailin "Uitkoff planı" adlandırdığı razılaşma çərçivəsində girovları azad etməkdən imtina etməsi səbəbilə qəbul edilib. Bu plan, müvəqqəti atəşkəsin uzadılmasını nəzərdə tutur.
"HƏMAS-ın Uitkoff planını qəbul etməməsi fonunda, bu səhərdən etibarən Qəzza zolağına bütün mal və ərzaq tədarükü dayandırılacaq. İsrail, girovlarımız azad olunmadan atəşkəsə icazə verməyəcək. Əgər HƏMAS imtinasını davam etdirsə, bunun əlavə nəticələri olacaq",- deyə açıqlama qeyd olunub.
Qeyd edək ki, İsrail ABŞ-ın Yaxın şərq üzrə xüsusi elçisi Stiv Uitkoffun Ramazan və Pasxa bayramlarında Qəzza zolağında müvəqqəti atəşkəs təklifini qəbul edib. HƏMAS isə bu təklifi rədd etməkdə davam edir.