Əsas səhifə » ABŞ İsrailə hərbi yardımını sürətləndirəcək

ABŞ İsrailə hərbi yardımını sürətləndirəcək

Bakı, AzerVoice

ABŞ İsrailə təxminən dörd milyard dollar dəyərində hərbi yardımı sürətləndirəcək.

AzerVoice xəbər verir ki, bu haqda ABŞ dövlət katibi Marko Rubionun verdiyi açıqlamada deyilir.

Açıqlamasında qeyd edilib ki, 20 yanvar tarixində hakimiyyətə gələn Tramp administrasiyası İsrailə təxminən 12 milyard dollar dəyərində silah satışına razılıq verib. O, əlavə edib ki, ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini yerinə yetirmək üçün mövcud bütün vasitələrdən istifadə etməyə davam edəcəklər.

Digər Kateqoriyalar

2025 © Azervoice