Əsas səhifə » Nepalda 5,5 bal gücündə zəlzələ baş verib

Nepalda 5,5 bal gücündə zəlzələ baş verib

BAKI, AzerVoice

Nepalın Kodari kəndi yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

AzerVoice xəbər verir ki , Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) bildirib ki, yeraltı təkanlar Kodari kəndindən 14 kilometr cənubda, 10 kilometr dərinlikdə baş verib.

Zəlzələ yerli vaxtla səhər saatlarında qeydə alınıb.

Hazırda insan tələfatı və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı da verilməyib.

Qeyd edək ki, Nepal seysmik cəhətdən aktiv bölgə olduğu üçün tez-tez zəlzələlərlə üzləşir. 2015-ci ildə ölkədə baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində minlərlə insan həlak olmuş və ciddi dağıntılar baş vermişdi.

Təhlükəsizlik xidmətləri və rəsmi qurumlar ərazidə araşdırmalara başlayıb. Yenilənmiş məlumatlar açıqlanacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice