Əsas səhifə » Qəzzada məktəblər yenidən fəaliyyətə başlayır - BMT

Qəzzada məktəblər yenidən fəaliyyətə başlayır - BMT

BAKI, AzerVoice

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) Qəzzada 165 dövlət məktəbinin yenidən açıldığını və 100 min uşağın məktəbə yazıldığını açıqlayıb.

AzerVoice xəbər verir ki, OCHA Çərşənbə günü verdiyi bəyanatda 23 fevralda yeni tədris ilinin başlanması ilə müharibədən sonra ilk dəfə uşaqların məktəbə qayıtdığını bildirib.

Bu, 16 ay davam edən münaqişədən sonra əhəmiyyətli bir addım kimi qiymətləndirilir.

OCHA, Qəzzadakı humanitar vəziyyəti yaxşılaşdırmaq üçün fəaliyyətlərin davam etdiyini vurğulayıb. BMT-nin və onun yerli tərəfdaşlarının humanitar yardım çatdırılmasını genişləndirdiyi, su və kanalizasiya infrastrukturunun bərpası üçün işlərin aparıldığı bildirilib.

BMT rəsmiləri vurğulayıblar ki, Qəzzada təhsil müəssisələrinin yenidən açılması bölgədəki humanitar vəziyyətin yaxşılaşması üçün vacib bir addımdır və uşaqların normal həyata qayıtmasına kömək edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice