Bakı,
AzerVoice
ABŞ prezidenti Donald Tramp Ağ Evdə Böyük Britaniyanın baş naziri
Key Starmerlə görüşüb.
AzerVoice xəbər verir ki, görüşdə əsas mövzular
Rusiya-Ukrayna müharibəsi, Qəzza problemi və ticarət əlaqələri
olub.
Tramp ABŞ-ın Ukraynaya hərbi dəstəyini vurğulayaraq, nadir torpaq elementləri müqaviləsinin iki ölkə arasında uzunmüddətli əlaqələrin əsasını qoyacağını bildirib. Starmer isə Böyük Britaniyanın Ukraynaya daha çox hərbi yardım göstərəcəyini və sülhün ədalətli şəkildə əldə olunmalı olduğunu qeyd edib.
Qəzza ilə bağlı Starmer iki dövlət həllini dəstəklədiyini bildirib. Tramp isə bölgədə atəşkəs prosesinin irəlilədiyini vurğulayıb.
Liderlər həmçinin ABŞ və Böyük Britaniya arasında yeni ticarət sazişi üzərində çalışdıqlarını açıqlayıblar. Tramp tariflər olmadan qarşılıqlı faydalı razılaşma əldə etməyə ümid etdiyini deyib.