Əsas səhifə » İsrail ordusundan etiraf: Vətəndaşlarımızı qoruya bilməmişik

İsrail ordusundan etiraf: Vətəndaşlarımızı qoruya bilməmişik

Bakı, AzerVoice

İsrail ordusu bu gün, 7 oktyabr 2023-cü il hadisələri ilə bağlı hesabat təqdim edib.

AzerVoice xəbər verir ki, hesabatda İsrail ordusunun böyük strateji uğursuzluqları vurğulanıb. Bu uğursuzluqlar, HƏMAS-ın İsrailə ən böyük hücumunu həyata keçirməsinə imkan yaradıb.

Ordunun təqdim etdiyi hesabatın xülasəsində bildirilir ki, İsrail qüvvələri İsrail vətəndaşlarını qorumaqda uğursuz olub. Müharibənin ilk saatlarında Qəzza diviziyası (İsrail ordusu) üstünlük qazana bilməyib, terrorçular əraziyə nəzarəti ələ keçirərək yaşayış məntəqələrində və yollarda qətliamlar törədib.

Bir hərbi rəsmi jurnalistlərə açıqlamasında deyib: “7 oktyabr tamamilə uğursuzluq idi. Ordu, israilli mülki vətəndaşları qorumaq missiyasını yerinə yetirə bilmədi.” O, əlavə edib: “Həmin gün çox sayda mülki şəxs həlak oldu və və burda bir sual yaranır: İsrail ordusu harada idi?”

O həmçinin qeyd edib ki, İsrail ordusu belə bir ssenarinin mümkün olacağını təsəvvür belə etmirdi və vurğulayıb ki, Fələstinli qruplar, başda HƏMAS olmaqla, İsraili təkcə hücumun miqyası ilə deyil, eyni zamanda vəhşiliyi ilə də təəccübləndirdi.

Digər Kateqoriyalar

2025 © Azervoice