Əsas səhifə » Qəzzada yeddinci məhbus mübadiləsi başa çatıb

Qəzzada yeddinci məhbus mübadiləsi başa çatıb

Bakı,AzerVoice

İsrail ilə HƏMAS arasında razılaşdırılan atəşkəs və məhbus mübadiləsinin yeddinci mərhələsi çərçivəsində fevralın 22-də sərbəst buraxılması gözlənilən 641 fələstinli məhbus, gecikmədən sonra azad edilib.

AzerVoice xəbər verir ki , İordan çayının qərb sahilindəki Ofer hərbi həbsxanasından və İsrailin cənubundakı Ketziot həbsxanasından azad olunan fələstinli məhbuslar Qırmızı Xaç qruplarına təhvil verilib.

Onlar Ramallahda yerləşən və dünyaca məşhur fələstinli şair Mahmud Dərvişin adını daşıyan muzeyin qarşısında böyük izdihamla qarşılanıblar.

Bu mərhələ ilə birlikdə razılaşmanın birinci hissəsində azad edilməli olan 33 israilli məhbus tam təhvil verilib. Nəticədə, ümumilikdə azad edilən fələstinli məhbusların sayı 1776-ya çatıb.

HƏMAS-a bağlı Məhbuslar Media Ofisinin verdiyi məlumata görə, İsrail 151-i ömürlük və ya uzunmüddətli həbs cəzasına məhkum olunmuş 641 fələstinli məhbusu azad etməyi qəbul edib.

Bununla belə, İsrail məhbus mübadiləsinin 7-ci raundunda fələstinli məhbusların azad edilməsini bir müddət dayandırıb. HƏMAS-ın açıqlamasına görə, bu gecikmə vasitəçilərin müdaxiləsi ilə həll edilib və proses başa çatdırılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice