Bakı,AzerVoice
ABŞ dövlət katibi Marko Rubio və Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman iki ölkə arasında təhlükəsizlik sahəsində tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər.
AzerVoice xəbər verir ki, dövlət katibi Rubio ABŞ-ı ziyarət edən Səudiyyə Ərəbistanının müdafiə naziri bin Salman ilə görüşüb.
Açıqlamada qeyd olunub ki, görüşdə ABŞ-Səudiyyə Ərəbistanı təhlükəsizlik tərəfdaşlığının gücləndirilməsi məsələsi müzakirə olunub.
Açıqlamada həmçinin vurğulanıb ki, tərəflər Suriya, Livan, Qəzza və bütövlükdə regionda sülh və sabitliyin təşviqi yollarını, o cümlədən Qırmızı dənizdə təhlükəsizlik və naviqasiya azadlığı məsələlərini müzakirə ediblər.
Rubio görüş zamanı Yəməndə husilərin regional təhlükəsizliyə yaratdığı təhdidlərə qarşı birgə mübarizənin vacibliyini qeyd edib.
Riyad administrasiyasının açıqlamasında ABŞ və Səudiyyə Ərəbistanı arasında tarixi əlaqələr, beynəlxalq təhlükəsizlik və sülhün gücləndirilməsinə yönəlmiş müxtəlif mövzularda davam edən səylərin müzakirə edildiyi bildirilib.