47
Bakı,AzerVoice
İndoneziyanın Sulavesi adasının şimalında 6,1 bal gücündə zəlzələ baş verib.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) məlumat verib.
Məlumata görə, zəlzələ adanın şimalında 10 kilometr dərinlikdə qeydə alınıb.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) isə zəlzələyə görə sunami xəbərdarlığı etməyib.
Ölkə mətbuatında yayılan ilkin məlumatlara görə, zəlzələdən sonra ölən və ya yaralananlarla bağlı heç bir məlumat verilməyib.
Qeyd edək ki, 130 aktiv vulkana sahib olan İndoneziya, dünyanın seysmik cəhətdən ən aktiv ölkələrindən biri hesab olunur.