Əsas səhifə » Müharibədə qalib gəlmək girovlardan daha vacibdir - İsrailli nazir

Müharibədə qalib gəlmək girovlardan daha vacibdir - İsrailli nazir

Bakı, AzerVoice

Qəzzada “strateji qələbə” qazanmaq orada saxlanılan israilli məhbusları geri qaytarmaqdan daha vacibdir.

AzerVoice xəbər verir ki , bu sözləri İsrailin ifrat sağçı Milli Missiyalar naziri və Dini Sionizm Partiyasının üzvü Strok bildirib.

O, “Qəzzada strateji qələbə əldə etmək üçün bəzi girovlardan imtina etməli ola bilərik. Bu, 10 il əvvəl İsraildə razılaşdırılıb”, – deyə bildirib.

Keçmiş müxalifət lideri Yair Lapid və keçmiş daxili təhlükəsizlik naziri Ömər Bar-Levin bir girovun azad edilməsi müqabilində birdən çox məhbusun buraxılmasına mane olan qanun layihəsi təklif etdiklərini xatırladan Strok, oxşar yanaşmanın indi ekstremist mövqe kimi dəyərləndirildiyini, lakin bu anlayışın yenidən qəbul edilməli olduğunu vurğulayıb.

Strok iddia edib ki, fələstinli məhbusları azad etmək və “zəiflik nümayiş etdirmək” İsrailin düşmənlərinə onun qərar vermək qabiliyyətinin olmadığını göstərəcək. O, əlavə edib ki, əgər HƏMAS aradan qaldırılarsa və fələstinlilərin böyük əksəriyyəti Qəzzadan çıxarılarsa, bu, bölgəyə güclü mesaj verəcək.

Daha əvvəl də Strok, HƏMAS-la razılaşmanın əleyhinə olduğunu bildirmiş və hökumətdən çıxmaqla hədələmişdi.

Qeyd edək ki, HƏMAS və İsrail arasında əldə olunan atəşkəs və məhbus mübadiləsi razılaşması yanvarın 19-u GMT vaxtı ilə 12:15-də qüvvəyə minib.

İsrail isə, HƏMAS-ın məhbus mübadiləsinin yeddinci mərhələsində altı israilli məhbusu azad etməsinə baxmayaraq, fələstinli məhbusların buraxılmasını dayandırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice