Əsas səhifə » Egeydəki Yunan adalarında daha böyük zəlzələ riski davam edir

Egeydəki Yunan adalarında daha böyük zəlzələ riski davam edir

Bakı,AzerVoice

Yunanıstan Zəlzələ ilə Mübarizə Agentliyinin (OASP) rəhbəri Efthimios Lekkas Santorini və Yamurgi adaları arasında seysmik aktivliyin uzun müddət davam edəcəyini və daha böyük zəlzələ riskinin mövcud olduğunu bildirib.

AzerVoice xəbər verir ki, Lekkas Afina şəhərində verdiyi açıqlamada, bu prosesin həftələr, hətta aylarla davam edə biləcəyini və asanlıqla bitməyəcəyini vurğulayıb.

O, Santorini adasında son 30 ildə plansız və qeyri-qanuni tikintilərin artdığını və bunun böyük təhlükə yaratdığını qeyd edib. Adanın vulkan püskürmələri, zəlzələlər və eroziya kimi təbii proseslər nəticəsində formalaşdığını bildirən Lekkas, insan müdaxiləsinin bu proseslərin fəlakətə çevrilməsinə səbəb ola biləcəyini qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice