52
Bakı,
AzerVoice
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Steve
Witkoff İsrail və HƏMAS arasında Qəzza zolağında qüvvəyə minmiş
atəşkəsin birinci mərhələsinin uzadılmasına çağırıb.
AzerVoice xəbər verir ki, Witkoff
bildirib ki, bu məsələni müzakirə etmək üçün bu həftə, çox güman
ki, çərşənbə günü bölgəyə səfər edəcək.
Bu arada, HƏMAS İsraili fələstinli məhbusların azad edilməsini gecikdirməkdə ittiham edərək, bu addımın atəşkəs rejimini “ciddi təhlükə altına atdığını” vurğulayıb.
İsrailin baş naziri Benyamin Netanyahu isə dünənki açıqlamasında ordusunun istənilən vaxt döyüşləri bərpa etməyə hazır olduğunu bildirib.