Əsas səhifə » Trampın göstərişi ilə Kennedi araşdırması başlayıb

Trampın göstərişi ilə Kennedi araşdırması başlayıb

Bakı,AzerVoice

ABŞ-ın baş prokuroru Pam Bondi prezident Donald Trampın göstərişi ilə keçmiş prezident Con Kennedinin (JFK) sui-qəsdi ilə bağlı məxfi sənədləri araşdırdığını açıqlayıb.

AzerVoice xəbər verir ki, Fox News kanalına verdiyi müsahibədə Bondi həm JFK qətli, həm də amerikalı milyarder Jeffrey Epstein ilə bağlı sənədlərlə əlaqədar suallara cavab verib.

Baş prokuror Bondi Trampın göstərişi əsasında JFK-nin 1963-cü ildə sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı sənədləri nəzərdən keçirir.

Bondi bildirib ki, sənədlərin məzmunu hələ tam açıqlanmasa da, araşdırmalar davam edir.

Bondi, milyarder Jeffrey Epstein ilə əlaqəli sənədlərin də artıq onun masasının üzərində olduğunu bildirib.

Fox News-un jurnalisti sənədlərdə əhəmiyyətli bir məqam olub-olmadığını soruşduqda, Bondi "Hələ yox" cavabını verib.

Qeyd edək ki, Yanvarın 23-də ABŞ prezidenti Donald Tramp xüsusi fərman imzalayaraq JFK qətli ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edib.

Bu fərman həmçinin Robert Kennedi və Martin Lüter Kinqin sui-qəsdləri ilə bağlı bütün sənədlərin də yayımlanmasını nəzərdə tutur.

Digər Kateqoriyalar

2025 © Azervoice