Əsas səhifə » Tramp İsrailə dəstəyini vurğulayır

Tramp İsrailə dəstəyini vurğulayır

Bakı, AzerVoice

İsrailin Qəzzada atəşkəsin ikinci fazasına keçmək və ya hərbi əməliyyatlara qayıtmaq qərarına gəlib-gəlməməsi “vacib deyil”.

AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Fox News-a müsahibəsində İsrailin Baş naziri Binyamin Netanyahunun mövqeyi ilə bağlı sualları cavablandırıb.

İsrailin sazişin ikinci mərhələsində daha çox girovu qaytarmaq və ya müharibəni yenidən başlatmaq istəməsi və hər iki variantı dəstəkləyib-dəstəkləmədiyi sualına Tramp, “Bəli. Orada baş verənləri görəndə, onların saxladıqları girovların vəziyyəti ilə maraqlanırsan. Bəziləri o qədər pis vəziyyətdə gəliblər ki, sanki Almaniyadakı həbs düşərgəsindən qayıdırdılar. Bəzən qərar vermək lazımdır. Bu çətin qərardır”- deyə cavablandırıb.

Qeyd edək ki, HƏMAS ötən ay Qəzzada döyüşlərə son qoymaq üçün əldə edilmiş atəşkəs razılaşmasına əsasən, Şiri Bibas və onun oğulları Kfir və Arielin cəsədlərini, həmçinin dördüncü girovun cəsədini cümə axşamı günü təhvil verməli idi.HƏMAS dörd cəsədi təhvil verib, İsrail isə iki uşaq və dördüncü girov Oded Lifşitsin şəxsiyyətini təsdiqləyib.

Digər Kateqoriyalar

2025 © Azervoice