Əsas səhifə » Böyük Britaniya və Fransa Ukrayna ilə bağlı heç nə etmir - Tramp

Böyük Britaniya və Fransa Ukrayna ilə bağlı heç nə etmir - Tramp

Bakı,AzerVoice

ABŞ prezidenti Donald Tramp, Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makronu Ukrayna müharibəsinin dayandırılması üçün heç bir real addım atmamaqda günahlandırıb.

AzerVoice xəbər verir ki, Tramp Fox News-a açıqlamasında, "Onlar (Starmer və Makron) müharibəni bitirmək üçün heç nə etmədilər. Müharibə davam edir, Rusiya ilə danışmayıblar, heç nə etməyiblər." - deyə bildirib.

ABŞ lideri bildirib ki, o, Rusiya ilə birbaşa danışıqlara başlayıb, lakin Ukrayna bu prosesdən kənarda qalıb.

"Zelenski üç ildir ki, görüşlərdədir və heç nə edilməyib. Düzünü desəm, onun görüşlərdə olmasının o qədər də vacib olduğunu düşünmürəm." -deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp aktiv olaraq Rusiya ilə müzakirələr aparır, lakin Ukraynanı bu prosesə daxil etmir. Həmçinin, Starmer və Makron gələn həftə Vaşinqtona səfər edəcək.

Tramp, Ukrayna müharibəsinin sona çatdırılması üçün Avropa liderlərinin lazımi addımlar atmadığını vurğulayır.

Digər Kateqoriyalar

2025 © Azervoice