Bakı,AzerVoice
ABŞ və Ukrayna arasında münasibətlərdə gərginlik artır.
AzerVoice xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Maykl Vals, Kiyevdən gələn bəzi açıqlamaların Donald Trampa qarşı təhqiredici olduğunu bildirib və Ukraynanın açıq müharibə strategiyasını dəyişməli olduğunu vurğulayıb.
ABŞ, Kiyev administrasiyasına silah tədarükünü dayandırmaqla, Zelenskiyə siyasi təzyiqləri artırır. Belə ki, Vaşinqton Ukraynanın ABŞ-ın yeni administrasiyasının siyasətini qəbul etməsini istəyir. ABŞ, Ukraynanın nadir minerallar üzrə müqaviləni "tezliklə" imzalayacağını gözləyir.
Zelenski isə Vaşinqtonun tələbləri qarşısında yeni siyasi mövqe tutmaq məcburiyyətində qala bilər.
"Prezident Zelenski bu müqaviləni imzalayacaq və siz bunu yaxın gələcəkdə görəcəksiniz ki, bu da Ukrayna üçün yaxşı haldır." - deyə Maykl Vals bildirib.