Əsas səhifə » Vatikan Papa Fransiskin sağlamlıq vəziyyətinə dair susur

Vatikan Papa Fransiskin sağlamlıq vəziyyətinə dair susur

Bakı,AzerVoice

88 yaşlı Papa Fransiskin ağciyər infeksiyasına yoluxduğu və ən azı gələn həftəyə qədər xəstəxanada qalacağı bildirilib.

AzerVoice xəbər verir ki , Gemelli Xəstəxanasında keçirilən mətbuat konfransında professor Sergio Alfieri, Papanın hələ də təhlükədən tam çıxmadığını açıqlayıb.

Həkimlərin qərarı ilə Papanın iş yükünü azaltması tövsiyə edilsə də, o, gündəlik işlərinə qayıtmaqda israrlıdır.

Qeyd edək ki, Papa Fransisk 2021-ci ildən bu yana artıq dördüncü dəfə xəstəxanaya yerləşdirilib. Tənəffüs yolu infeksiyası 80 yaşlı və əvvəlki ağciyər əməliyyatı keçirmiş biri üçün ciddi təhlükə yaradır., buna görə də istefa ehtimalı gündəmə gələ bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice