Əsas səhifə » Tramp Qəzzə ilə bağlı planından imtina etdi

Tramp Qəzzə ilə bağlı planından imtina etdi

BAKI, AzerVoice

Amerika prezidenti Donald Tramp bildirib ki, o, ABŞ-ın Qəzzə sektoruna nəzarət edib, onu turizm məkanı halına gətirərək, oradan fələstinliləri məcburi köçürtməyi nəzərdə tutan planını tətbiq etməyəcək.

AzerVoice xəbər verir ki, «Fox News» şəbəkəsi ilə müsahibədə Tramp, planının hələ də yeni bir fikir olduğuna inandığını və Misir ilə İordaniyanın ona qarşı mənfi münasibətinə görə "heyrətə düşdüyünü" qeyd edib.

"Məncə, bu həqiqətən uğur qazanacaq plandır, amma mən onu məcbur etməyəcəyəm. Sadəcə geri çəkiləcəyəm və onu tövsiyə edəcəyəm."-deyə o bildirib.

Daha əvvəl Tramp bildirib ki, Misir və İordaniya Qəzzədən əlavə qaçqın qəbul etməyə razı olmadıqları təqdirdə, onlara maliyyə yardımlarını kəsmə təhdidini verməyəcəkdi.

Digər Kateqoriyalar

2025 © Azervoice