Əsas səhifə » Lavrov Türkiyəyə gedir

Lavrov Türkiyəyə gedir

Bakı, AzerVoice

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Ankaraya gedir.

AzerVoice xəbər verir ki, bazar ertəsi Ankarada xarici işlər naziri Hakan Fidan ilə görüşü gözlənilən Rusiya xarici işlər nazirinin gündəmində Suriya var.

Əsəd rejiminin devrilməsindən sonra devrilmiş liderə və ailəsinə sığınacaq verən Rusiya Əhməd Əl Şəranın liderliyindəki yeni rejimlə əlaqələr qurmaqda çətinlik çəkir.

Mənbələr Ankaranın Suriyadakı yeni rejimlə yaxın münasibətlərinin Rusiyanın Türkiyənin qapısını döyməsinə səbəb olduğunu və Lavrovun Ankarada Suriya administrasiyası ilə nə üçün əlaqə qurmaq istədiklərini açıqlamasının gözlənildiyini bildirib.

Fidan daha əvvəl demişdi ki, bəzi Qərb dövlətləri də yeni administrasiya ilə əlaqə saxlamaq üçün ondan kömək istəyiblər.

Digər Kateqoriyalar

2025 © Azervoice