11
Bakı, AzerVoice
Braziliyada avtobusla yük maşınının toqquşması nəticəsində 12 universitet tələbəsi ölüb, 19 nəfər yaralanıb.
AzerVoice xəbər verir ki, San-Paulu şəhərindən hərəkət edən avtobus Waldir Canevari şosesində yük maşını ilə toqquşub.
Qəzada 12 universitet tələbəsi ölüb, 19 nəfər yaralanıb.
Sao Paulo qubernatoru Tarcisio de Freitas, sosial media hesabında etdiyi paylaşımda, "12 universitet tələbəsinin dəhşətli qəzada həyatını itirdiyini böyük kədərlə öyrəndim" dedi.
Qeyd edək ki, yaralı tələbələr xəstəxanaya aparılarkən, qəza ilə bağlı araşdırma başladılıb.
Qəzadan sonra tələbələrin təhsil aldığı Franka Universitetində 3 günlük matəm elan edilib.