Əsas səhifə » Putinin qarşısında zəif ola bilməzsən - Makron

Putinin qarşısında zəif ola bilməzsən - Makron

Bakı,AzerVoice

Putinin qarşısında zəif ola bilməzsən, bu sənin maraqlarına uyğun deyil.

AzerVoicexəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron, Ukrayna müharibəsini bitirmək üçün aparılan danışıqlar çərçivəsində Donald Trampa Putinin qarşısında zəif olmamağın ABŞ və Avropa üçün vacib olduğunu çatdırmaq istəyir.

Ağ Ev Makronun bazar ertəsi Tramp ilə görüşmək üçün Vaşinqtona səfər edəcəyini açıqlayıb.

"Əgər Putinin qarşısında zəif olsan, Çinin qarşısında necə etibarlı görünə bilərsən?",- deyə Makron sosial mediada keçirdiyi sual-cavab sessiyasında, Trampa belə deyəcəyini bildirib.

Trampın son bəyanatları, Putinin ritorikasını əks etdirməsi və Moskva ilə birbaşa danışıqlar aparmağı planlaşdırması Avropadakı müttəfiqləri və Ukraynalı rəsmiləri narahat edib. Lakin Makron bildirib ki, Trampın Rusiya ilə danışıqlarda "qeyri-müəyyənlik" yaratmaq strategiyası əslində Qərb müttəfiqlərini bu danışıqlarda daha güclü edə bilər.

Makron əlavə edib ki, Trampı ABŞ-ın və Avropanın maraqlarının eyni olduğuna inandırmağa çalışacaq.

"Biz sülh istəyirik, amma Ukraynanın təslim olması anlamına gələn atəşkəs istəmirik, çünki bu təhlükəlidir. Və biz bilirik ki, bu, Rusiyanın daha da irəliləməsinə səbəb olacaq. Biz artıq bunu təcrübədən keçirmişik,",- deyə Makron bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice