Bakı,AzerVoice
Çin hökuməti Cənubi Çin dənizində Filippinə məxsus üç hərbi
təyyarəni hava məkanından çıxardığını bildirib.
AzerVoice xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun Cənub Cəbhəsi Komandanlığının açıqlamasına görə, Filippinə aid 1 ədəd "C-208" və 2 ədəd "N-22" tipli təyyarə Çinin "Nanşa adaları" adlandırdığı bölgənin hava məkanına icazəsiz daxil olub.
"Sahil mühafizə qüvvələri vəziyyəti diqqətlə izləyərək, Filippin təyyarələrinə xəbərdarlıq edib və onları ərazidən uzaqlaşdırıb." – deyə açıqlamada bildirilib.
Qeyd edək ki, 18 fevralda Çin ordusuna aid helikopterin Scarborough Sound yaxınlığında Filippin patrul təyyarəsinin yaxınlığından uçması da iki ölkə arasında gərginliyi artırıb.
Çin ordusu iddia edir ki, Filippinin "C-208" təyyarəsi Çin gəmisinin xəbərdarlığına cavab vermədən təhlükəli manevrlər edib və qəsdən Çin helikopteri ilə eyni yüksəkliyə enib.
Beynəlxalq media müxbirləri hadisəni izləyib və ABŞ Dövlət Departamenti Çini helikopterin təhlükəli manevrinə görə qınayıb.