Əsas səhifə » Ukrayna ABŞ-ın dəstəyi olmadan mövcud olmazdı -Vance

Ukrayna ABŞ-ın dəstəyi olmadan mövcud olmazdı -Vance

Bakı,AzerVoice

ABŞ-ın səxavəti olmasa, Ukrayna adlı ölkə olmazdı"

AzerVoice xəbər veriir ki, ABŞ-ın vitse-prezidenti J.D. Vance, Mühafizəkarların Siyasi Fəaliyyət Komitəsinin (CPAC) 2025 İllik Toplantısı çərçivəsində Ukrayna və prezident Vladimir Zelenski haqqında sərt açıqlamalar verib.

Vance bildirib ki, ABŞ-ın dəstəyi olmadan Ukraynanın varlığı belə mümkün olmazdı və Zelenskinin buna görə Vaşinqtona minnətdar olmalı olduğunu vurğulayıb.

"Əgər Zelenskinin ABŞ prezidenti Donald Trampla problemi varsa, o, ona telefonla zəng etməlidir. Avropada press-tura çıxıb ABŞ prezidentini pisləmək axmaqlıqdır. Bu, Trampı, məni və Amerika xalqını təhqir etməkdir." – deyə Vance bildirib.

O əlavə edib ki, Zelenskinin daha yaxşı məsləhətçilərə ehtiyacı var və bu cür addımların ABŞ-Ukrayna münasibətlərinə zərər vurduğunu qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice