Əsas səhifə » Tramp fevralın 26-da ilk Nazirlər Kabineti iclasını keçirəcək

Tramp fevralın 26-da ilk Nazirlər Kabineti iclasını keçirəcək

Bakı, AzerVoice

ABŞ prezidenti Donald Tramp, fevralın 26-da Ağ Evdə ilk Nazirlər Kabineti iclasını keçirəcək.

AzerVoice xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Caroline Leavitt məlumat verib.

Tramp yenidən Ağ Evə qayıtdıqdan sonra Vaşinqtonun federal idarələrində və dövlət qurumlarında mühüm dəyişikliklərə imza atıb. Onun qəbul etdiyi bəzi qərarlar təkcə ABŞ-da deyil, beynəlxalq arenada da geniş müzakirələrə səbəb olub.

Məlumata görə, Tramp öz yaxın müttəfiqi Elon Musk-a xüsusi vəzifələr həvalə edib. Onun əsas missiyalar xərcləri azaltmaq, korrupsiyaya qarşı mübarizə aparmaq və "Dərin dövlət"ə qarşı islahatlar həyata keçirməkdir.

Musk, ənənəvi dövlət idarəçiliyindən kənar bir iş adamı kimi tanınır və tənqidçilər onu öz maraqlarına uyğun qərarlar verməkdə günahlandırırlar. Son illərdə Tramp və Musk, onlara qarşı çıxan və ya hər hansı araşdırma aparan dövlət qurumlarına qarşı cavab kampaniyaları təşkil etməkdə ittiham olunublar.

Bəzi analitiklər hesab edirlər ki, Trampın xarici siyasətlə bağlı mübahisəli bəyanatları, əslində, onun ABŞ daxilində həyata keçirdiyi islahatlara diqqəti yayındırmaq məqsədi daşıyır.

Digər Kateqoriyalar

2025 © Azervoice