BAKI, AzerVoice
Fars Körfəzi ölkələrinin liderləri, Misir və İordaniya rəhbərləri
sabah Səudiyyə Ərəbistanının vəliəhdi tərəfindən dəvət olunaraq
Ər-Riyadda görüşəcəklər.
AzerVoice xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman tərəfindən edilən dəvətlə sabah (cümə günü) Ər-Riyad şəhərində Fars Körfəzi Əməkdaşlıq Şurası (GCC) ölkələrinin liderləri, İordaniya kralı və Misir prezidenti ilə qeyri-rəsmi dostluq görüşü keçiriləcək.
Görüş dostluq əlaqələrinin gücləndirilməsi,liderlər arasında uzun illərdən bəri mövcud olan qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi və əməkdaşlıq və koordinasiyanın artırılmasını hədəfləyir.
Qeyd edək ki, Ərəb ölkələri arasında birgə fəaliyyət və bu istiqamətdə qəbul ediləcək qərarlar, Misir Ərəb Respublikasında keçiriləcək növbəti fövqəladə Ərəb Liqası sammitinin gündəliyində yer alacaq. Bu sammitdə regional əməkdaşlığın daha da dərinləşdirilməsi və ümumi strateji məsələlər müzakirə ediləcək.