Əsas səhifə » Haitidə silahlı dəstə hücumunda 20 nəfər ölüb

Haitidə silahlı dəstə hücumunda 20 nəfər ölüb

Bakı,AzerVoice

Haitinin paytaxtı Port-au-Prinsdə silahlı dəstə üzvlərinin həyata keçirdiyi hücum nəticəsində 20 nəfərin öldüyü bildirilib.

AzerVoice xəbər verir ki , yerli mediaya görə, hadisə ABŞ səfirliyinin bir neçə kilometrliyində yerləşən yaşayış evlərinə edilən basqın zamanı baş verib.

Ölkənin İnsan Haqlarını Müdafiə Milli Şəbəkəsi (RNDDH) hücuma görə "Vitel'Homme Innocent" adlı dəstəni məsuliyyətli hesab edib. RNDDH-nin açıqlamasına əsasən, hücum zamanı eyni ailənin 5 üzvü qətlə yetirilib və bu basqın Haiti polisinin həyata keçirdiyi son əməliyyatlara cavab olaraq təşkil edilib.

Son günlər Haiti Milli Polisi və ölkədə təhlükəsizliyi təmin etməyə çalışan çoxmillətli qüvvələr birgə əməliyyatlar keçirərək bir neçə dəstə üzvünü zərərsizləşdirib. Ölkədə silahlı dəstələrin zorakılıqları artmaqda davam edir və təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır.

Digər Kateqoriyalar

2025 © Azervoice