Bakı,
AzerVoice
ABŞ-ın Quinnipiac Universitetinin keçirdiyi sorğuya görə,
amerikalıların 55 faizi İlon Maskın ölkənin mühüm qərarlarında
həddən artıq səlahiyyətə sahib olduğunu hesab edir.
AzerVoice xəbər verir ki, Fevralın 3-dən 17-dək 1039 seçici arasında aparılan sorğunun nəticələrinə görə, iştirakçıların 36 faizi Maskın kifayət qədər gücə malik olduğunu, yalnız 3 faizi isə onun çox az təsir imkanına sahib olduğunu bildirib.
Partiya mənsubiyyətinə görə nəticələr fərqli olub. Demokrat respondentlərin 96 faizi, müstəqillərin 56 faizi və respublikaçıların 16 faizi Maskın həddən artıq gücə malik olduğunu düşünür. Eyni zamanda, respublikaçıların 78 faizi, müstəqillərin 33 faizi və demokratların isə cəmi 1 faizi Maskın təsir imkanlarını kifayət qədər hesab edib.
Keçən ay aparılan sorğu ilə müqayisədə, Maskın Tramp administrasiyasında mühüm rol oynamasını bəyənməyən seçicilərin sayı bir qədər artıb. Sorğu nəticələrinə əsasən, Maskın bu mövqeyini dəstəkləyənlər 54%, buna qarşı çıxanlar isə 42% təşkil edib. Yanvarın 29-da aparılan əvvəlki sorğuda bu nisbət müvafiq olaraq 53%-ə 39% idi.