Əsas səhifə » Zelenski ABŞ-lı jurnalisti öldürüb - İlon Mask

Zelenski ABŞ-lı jurnalisti öldürüb - İlon Mask

Bakı,AzerVoice

Zelenski ABŞ-lı jurnalisti öldürüb.

AzerVoice xəbər verir ki, İlon Mask X sosial media hesabında Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-lı bir jurnalisti öldürdüyünü iddia edib.

O, bir istifadəçinin çilili və amerikalı jurnalist Qonzalo Liranın "2024-cü ildə Ukraynada Zelenskini tənqid etdiyinə görə öldürüldüyünü" iddia edən paylaşımına cavab verib.

Qeyd edək ki, Mask daha əvvəl Zelenskini Ukrayna xalqının iradəsini təmsil etmək üçün seçkiyə getməyə çağırmışdı.

ABŞ prezidenti Tramp Zelenski ilə bağlı verdiyi son açıqlamada Zelenskinin müharibəyə başladığını, sonra isə onu dayandırmaq üçün heç nə etmədiyini iddia edib.

Digər Kateqoriyalar

2025 © Azervoice