Bakı,
AzerVoice
ABŞ və Meksika sərhəd bölgəsində təhlükəsizliyi gücləndirmək
məqsədilə hər iki ölkənin öz ərazilərində koordinasiyalı patrullar
aparmaq barədə razılığa gəldiyi bildirilir.
AzerVoice xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) açıqlamasında qeyd edib ki, Şimali Amerika Aerokosmik Müdafiə və Şimal Qüvvələri komandanı general Qreqori M.Gillot bu məqsədlə Meksikanın müdafiə naziri Rikardo Trevilya Trejo ilə görüş keçirib.
Görüşdə məlumat mübadiləsinin artırılması və ani ünsiyyət üsullarının qurulması məsələlərinə də toxunulub.
Bundan əlavə, Meksika hökuməti qeyri-qanuni immiqrasiya və fentanil qaçaqmalçılığı ilə mübarizə məqsədilə sərhədə 10 min əsgər yerləşdirməyə qərar verib.
ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı general Guillot sərhəddə 5 min amerikalı əsgərin xidmət etdiyini və bu sayın artacağını gözlədiklərini bildirib.