Əsas səhifə » ABŞ İran-Qətər razılaşmasının qarşısında ən böyük maneədir - Xamenei

ABŞ İran-Qətər razılaşmasının qarşısında ən böyük maneədir - Xamenei

Bakı,AzerVoice

Əgər Qətərin yerində olsaydıq, ABŞ-ın təzyiqlərinə məhəl qoymaz, qarşı tərəfin tələblərini yerinə yetirərdik.

AzerVoice xəbər verir ki, bu sözləri İranın ali lideri Ayətullah Əli Xamenei, Tehrana səfər edən Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşü zamanı deyib.

Görüş zamanı Xamenei, qonşu ölkələrlə əlaqələrin gücləndirilməsinin İranın "dəqiq siyasəti" olduğunu bildirib.

Xamenei, Tehranda İran və Qətər arasında əldə edilən razılaşmaların hər iki ölkəyə fayda verəcəyini və tərəflərin qonşuluq vəzifələrini daha yaxşı yerinə yetirəcəyini ümid etdiyini vurğulayıb.

"Hər nə qədər Cənubi Koreyadan Qətərə köçürülən İranın alacaqlarının qaytarılması kimi hələ də qeyri-müəyyən və həll olunmamış məsələlər olsa da, Qətəri dost və qardaş ölkə kimi görürük. Bu məsələdə əldə edilən razılaşmanın həyata keçirilməsinə ən böyük maneənin ABŞ olduğunu bilirik",- deyə o bildirib.

Qətər Əmiri Şeyx Təmim öz növbəsində, İranın Fələstinə verdiyi dəstəyə görə Xameneiyə təşəkkür edib. O, bölgədə "xüsusi və çətin" şərtlərin mövcud olduğunu vurğulayaraq, bu vəziyyətin regional ölkələr arasında daha çox əməkdaşlıq tələb etdiyini bildirib.

Şeyx Təmim, İran və Qətər arasında, o cümlədən sualtı tunelin tikintisi daxil olmaqla, əldə edilən razılaşmalara toxunub.

"Əldə olunan razılaşma əsasında iki ölkənin birgə komissiyası tezliklə fəaliyyətə başlayacaq və yaxın gələcəkdə iqtisadi əlaqələrin həcmi artacaq",- deyə o vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice