18
Bakı,
AzerVoice
Böyük Britaniyanın baş naziri Keir Starmer, ABŞ prezidenti Donald
Trampın Ukrayna prezidenti Vladimir Zelenskini “seçilməmiş
diktator” adlandırmasına dolayısı ilə cavab verərək, onun
“demokratik yolla seçilmiş” lider olduğunu vurğulayıb.
AzerVoice xəbər verir ki, Starmer gələn həftə Vaşinqtonda Tramp ilə görüşməlidir. O, ABŞ-ın Ukraynaya dəstəyini kəsə biləcəyi ilə bağlı artan narahatlıqlar fonunda Avropa və ABŞ-ı Ukrayna məsələsində bir araya gətirməyə çalışır.
Qeyd edək ki, Zelenskinin prezidentlik müddəti 2024-cü ilin mayında başa çatıb. Lakin milyonlarla ukraynalının ölkəni tərk etməsi , müharibə və hərbi vəziyyət səbəbindən Ukraynada seçkilər keçirilməyib.