Əsas səhifə » Ukraynada seçkilərin vaxtı çatıb - Tramp

Ukraynada seçkilərin vaxtı çatıb - Tramp

Bakı,AzerVoice

Uzun müddətdir Ukraynada seçki keçirilməyib, artıq vaxtıdır.

AzerVoice xəbər verir ki, Florida ştatından Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərə açıqlamalar verən Tramp, Ukraynada uzun müddətdir seçkilərin keçirilmədiyinə diqqət çəkib.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukrayna ilə müharibəsinin sona çatması üçün Moskva ilə razılıq əldə edə biləcəklərini bildirərək, Ukraynada isə artıq seçkilərin keçirilməsinin vaxtının çatdığını qeyd edib. O, Rusiya ilə müharibəni dayandırmaq üçün razılıq əldə edə biləcəyini vurğulayaraq, Rusiyanın bəzi üstünlükləri var deyib.

"Rusiya ilə münasibətlərimiz çox yaxşıdır. Biz Zelenskinin edə bilmədiyini edəcəyik. Potensial olaraq milyonlarla insanın ölümünün qarşısını almaq üçün Rusiya ilə razılıq əldə edə bilərik",- deyə Tramp bildirib.

Tramp həmçinin üstünlüyün Rusiya tərəfindən olduğunu vurğulayıb.

"Fikrimcə, ruslar müharibənin bitməsini istəyir. Onların bir az üstünlüyü var, çünki çoxlu ərazi ələ keçiriblər", – deyə Tramp Moskvanın Kiyev qarşısında üstün mövqedə olduğunu deyib.

Digər Kateqoriyalar

2025 © Azervoice