Bakı,
AzerVoice
Polşada SpaceX Falcon 9 raketinin qalıqları tapılıb.
AzerVoice xəbər verir ki, rəsmi
qurumlar hissələrin Ukrayna ərazisinə də düşə biləcəyini
bildiriblər.
Fevralın 19-da Avropanın şimalında səma sürətlə hərəkət edən obyekt tərəfindən işıqlandırılıb. Mütəxəssislər bunun Falcon 9 raketinin nəzarətsiz şəkildə Yer atmosferinə daxil olması ilə bağlı olduğunu təsdiqləyiblər.
Polşanın Komorniki şəhərində anbar sahibi Adam Borucki təxminən 1,5x1 metr ölçüsündə yanmış çən aşkar edib. Polis və Polşa Kosmik Agentliyinin araşdırmaları nəticəsində bunun Falcon 9 raketinə aid olduğu müəyyən edilib. Oxşar dağıntılar Wiry kəndi yaxınlığındakı meşədə də tapılıb.
Fevralın 1-də Kaliforniyadan buraxılan Falcon 9 raketi Sakit okeana enməli idi. Lakin mühərrik nasazlığı səbəbindən orbitdə nəzarətsiz qalıb və atmosferə planlaşdırılmamış şəkildə daxil olub.
Harvard Universitetinin astrofiziki Conatan Makdauell bildirib ki, raket İngiltərə üzərindən saatda 27 min km sürətlə keçərək Şərqi Avropaya düşüb.
Atmosferə raket və peyk qalıqlarının daxil olması adi haldır, lakin böyük fraqmentlərin Yerə düşməsi nadirdir. Makdauell qeyd edib ki, son illərdə Falcon 9 raketlərinin mühərrik nasazlığı halları artıb və bu cür nəzarətsiz enişlər təhlükə yarada bilər.