Bakı,
AzerVoic
ABŞ Dövlət Departamenti öz işçilərinə ölkədəki altı media qurumuna
abunəliyi ləğv etməyi tapşırıb.
AzerVoice xəbər verir ki , bu qərar Donald Tramp administrasiyasının federal büdcə ixtisarlarından təsirlənən media təşkilatlarını da əhatə edir.
Dövlət Departamenti ilk dəfə fevralın 11-də dünya üzrə diplomatik nümayəndəliklərə "missiya ilə əlaqəsi olmayan tənqidi media abunələrinin" ləğv edilməsi barədə göstəriş verib.
Fevralın 14-də isə Xarici İşlər Nazirliyinin əməkdaşlarına The Economist, The New York Times, Politico, Bloomberg News, The Associated Press və Reuters kimi nüfuzlu media qurumlarına abunəliyini dayandırmaq tapşırılıb.
Nazirlik əməkdaşlarına müəyyən abunəliklərin saxlanılması üçün etiraz etmək imkanı tanınsa da, bunun üçün ciddi əsaslar təqdim etmələri tələb olunur.
Xarici İşlər Nazirliyinin sözçüsü yazılı açıqlamasında, akademik və peşəkar jurnallardan kənar bütün tənqidi nəşrlərə abunəliyin dayandırıldığını təsdiqləyib.