25
Bakı,AzerVoice
Vladimir Putin “lazım gələrsə” Ukrayna prezidenti Vladimir Zelenski ilə danışmağa hazırdır.
AzerVoice xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
Səudiyyədə ABŞ-Rusiya görüşü davam edərkən Peskov jurnalistlərə açıqlama verib.
"Ancaq razılaşmaların hüquqi əsası müzakirə olunmalıdır, çünki Zelenskinin legitimliyi sual altına qoyula bilər," - deyə o bildirib.
Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanda ABŞ və Rusiya Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlara başlayıb
Görüşdə Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanda iştirak edib.