Bakı,AzerVoice
İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangir yanvar ayında iki
Britaniya vətəndaşının İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat
qüvvələri tərəfindən Kirman əyalətində casusluq ittihamı ilə
saxlanıldığını açıqlayıb.
AzerVoice xəbər verir ki, Cahangirin
sözlərinə görə, saxlanılan şəxslər turist adı ilə İrana daxil olub,
lakin ölkənin müxtəlif bölgələrində araşdırma adı altında məlumat
toplamaqla məşğul olublar.
O bildirib ki, bu şəxslər Qərb kəşfiyyat xidmətləri ilə əlaqəli
gizli təşkilatlarla əməkdaşlıq edirdilər.
Kirman Ədliyyə Başçısı İbrahim Həmidi də məsələ ilə bağlı açıqlama verərək bildirib ki, şəxslərin xarici kəşfiyyat təşkilatları ilə müxtəlif qurumlar vasitəsilə əlaqəsi olduğu müəyyən edilib və onların fəaliyyətləri ilə bağlı əlavə araşdırmalar davam edir.