Bakı,
AzerVoice
Ukrayna prezidenti Vladimir Zelenski rəsmi səfər çərçivəsində
Türkiyəyə gedib və Ankarada ölkəsinin yeni səfirliyinin açılışında
çıxış edib.
AzerVoice xəbər verir ki, prezident
Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gələn Zelenski, Ukrayna
müharibəsinin sonu ilə bağlı kritik açıqlamalar verib.
Zelenski müharibənin dayandırılması üçün təhlükəsizlik
zəmanətlərinin təmin edilməsinin vacibliyini vurğulayıb. O,
Türkiyənin məhbus mübadiləsi və sülh prosesində mühüm rol
oynadığını bildirib.
O, Türkiyənin səyləri sayəsində taxıl dəhlizinin yaradıldığını,
lakin Rusiyanın bu dəhlizi pozduğunu qeyd edib.
Zelenski ABŞ, Avropa Birliyi və Türkiyənin Ukraynanın təhlükəsizliyinə təminat verməli olduğunu bildirib. O, bu məsələləri Ərdoğanla görüşündə geniş müzakirə edəcəyini qeyd edərək, ölkəsinin Ankaradakı yeni səfirliyinin açılışını “çox simvolik” adlandırıb.
Tədbirdə həmçinin Krım-tatar diasporu və Ukrayna diplomatları da iştirak ediblər.