Bakı,AzerVoice
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ arasında danışıqların yeri kimi Səudiyyə Ərəbistanının seçilmə səbəbini açıqlayıb.
AzerVoice xəbər verir ki, bu barədə Peskov jurnalistin sualına cavab verib.
"Mümkün sammit üçün mümkün yer haqqında danışarkən ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanından bəhs etdi. Bu yerin ümumilikdə həm Amerika tərəfinə, həm də Rusiya tərəfinə uyğun olması anlayışı çərçivəsində birgə qərar qəbul edilib", - deyə Kreml nümayəndəsi bildirib.
Peskov həmçinin vurğulayıb ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov fevralın 18-də Ər-Riyadda Amerika nümayəndə heyəti ilə görüş keçirəcəklər. Danışıqlar Rusiya-Amerika münasibətlərinin bütün kompleksinin bərpasına, habelə Ukrayna nizamlanması üzrə mümkün danışıqların hazırlanmasına və iki prezident arasında görüşün təşkilinə həsr olunacaq.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio ABŞ-Rusiya görüşündə iştirak etmək üçün Səudiyyə Ərəbistana gedib.