Bakı,
AzerVoice
ABŞ dövlət katibi Marko Rubio və İsrailin baş naziri Benyamin
Netanyahu, İranın nüvə silahına sahib olmasının qarşısını almaqda
iki ölkənin qətiyyətini bir daha təsdiqləyiblər.
AzerVoice xəbər verir ki, Rubio İranı "Yaxın Şərqdə qeyri-sabitliyin ən böyük mənbəyi" adlandıraraq, Tehranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verilməyəcəyini bəyan edib.
"Nüvə gücünə malik olan İran özünü təzyiq və sanksiyalardan azad olaraq görə bilər və bu, heç vaxt baş verməyəcək." - deyə o bildirib
Netanyahu isə İranın nüvə sahəsində irəliləyişini və silahlı qruplaşmalara dəstəyini dayandırmaq üçün ABŞ-la sıx əməkdaşlıq etməyin vacibliyini vurğulayıb.
İsrailin Qəzzada müharibə başlayandan bəri İrana ağır zərbələr endirdiyini bildirən baş nazir, ABŞ prezidenti Donald Trampın dəstəyi ilə bu prosesi davam etdirəcəklərinə inandığını deyib.