Əsas səhifə » ABŞ vitse-prezidenti Avropa liderlərini sərt tənqid edib

ABŞ vitse-prezidenti Avropa liderlərini sərt tənqid edib

Bakı,AzerVoice
ABŞ-ın vitse-prezidenti JD Vance Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Avropa liderlərini sərt tənqid edərək, onların "öz xalqlarından qorxduqlarını" bildirib.

AzerVoice xəbər verir ki, o , Tramp administrasiyasının Avropanın təhlükəsizliyinə önəm verdiyini, lakin Ukrayna və Rusiya arasında ağlabatan sülh razılaşmasının mümkün olduğuna inandıqlarını vurğulayıb.

Vance, Avropanın öz müdafiəsini gücləndirməli olduğunu qeyd edərək, qitənin əsas təhlükəsinin xarici deyil, daxili faktorlardan qaynaqlandığını söyləyib. O, ifadə azadlığının məhdudlaşdırılmasını və qeyri-qanuni miqrasiyanı əsas problemlər kimi göstərib. Almaniyada hər beş nəfərdən birinin mühacir olduğunu xatırladan vitse-prezident, seçicilərin "nəzarətsiz miqrasiyaya qapıları açmaq üçün səs vermədiyini" bildirib.

ABŞ-ın Avropadan daha çox müdafiə yükü götürməsini gözlədiyini deyən Vance, "Əgər siz öz seçicilərinizdən qorxursunuzsa, Amerikanın sizin üçün edə biləcəyi heç nə yoxdur" -deyə bildirərək, ifadəsi ilə Avropa liderlərinə sərt mesaj göndərib.

Gözlənilir ki, Vance bu gün Ukrayna prezidenti Zelenski ilə görüşərək Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində müzakirələr aparacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice