Bakı,
AzerVoice
ABŞ prezidenti Donald Tramp, Ukraynada müharibəyə son qoymaq üçün
Avropanı kənarda qoyaraq, Rusiya və Çinlə üçtərəfli sammit təklif
edib.
AzerVoice xəbər verir ki , bu zirvə,
İkinci Dünya Müharibəsindən sonra keçirilən Yalta Konfransına
bənzədilsə də, fərqli olaraq, Avropanın burada iştirak etməməsi
diqqət çəkir.
Tramp, Rusiya və Çin liderləri ilə müdafiə xərclərini yarıya endirmək və nüvə tərksilahı məsələlərini müzakirə etmək istədiyini bildirib. O, "Onsuz da kifayət qədər nüvə silahımız var, yeni silahlar yaratmağa ehtiyac yoxdur" - deyərək, bu ölkələrlə hərbi büdcələrin azaldılması barədə danışmağa hazır olduğunu vurğulayıb.
Trampın Avropanı bu prosesdən kənarda saxlaması, regionun ABŞ üçün prioritet olmadığını göstərir. Eyni zamanda, Münhen Təhlükəsizlik Konfransında iştirak edən ABŞ-ın vitse-prezidenti J.D. Vans Almaniya kansleri Olaf Şolz ilə görüşdən imtina edib. Bu da Vaşinqtonun Avropaya münasibətdə yeni strategiyasının bir göstəricisi kimi qiymətləndirilir.