Bakı,
AzerVoice
Elon Musk, hökumətin federal maliyyələşdirməni azaltmaq planlarını
dəstəklədiyi halda, onun şirkəti SpaceX-in ABŞ hökumətindən
milyonlarla dollarlıq müqavilələr alması internetdə sərt
reaksiyalara səbəb olub.
AzerVoice xəbər verir ki, vəkil və tədqiqatçı Will Stancil, X platformasında SpaceX-in NASA-dan 39 milyon dollarlıq yeni müqavilə aldığını göstərən skrinşot paylaşıb.
"Bütün digər hökumət müqavilələri kəsiləndə, kim yenə də yeni müqavilələr alır? Təəccüblənəcəksiniz." - deyə o Mask-i tənqid edib.
Bir çox istifadəçi Musk-ın hökumət subsidiyalarını tənqid etməsinə baxmayaraq, özü bundan faydalanmasını riyakarlıq adlandırıb.
Mask isə, Oval Ofisdə jurnalistlərə açıqlamasında SpaceX-in aldığı müqavilələrdə heç bir maraq toqquşmasının olmadığını deyib.
"Mən müqavilə bağlamıram. SpaceX-dəki insanlar bunu edirlər... Əgər vergi ödəyicisi üçün faydalı olmayan bir müqavilə görsəniz, mənə bildirin." - deyə o özünü müdafiə edib.
Musk-ın bu açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub:
Demokrat konqresmen İlhan Ömər də məsələyə reaksiya verərək Musk-ı özünü altruist kimi göstərən, əslində isə dövlət vəsaitindən yararlanan milyarder adlandırıb.