Əsas səhifə » 2024-cü ildə rekord sayda jurnalist öldürülüb

2024-cü ildə rekord sayda jurnalist öldürülüb

Bakı, AzerVoice

ABŞ-ın Qeyri-kommersiya Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) açıqladığı hesabatda 2024-cü ilin tarixdə ən çox jurnalistin öldürüldüyü il kimi bildirilib.

AzerVoice xəbər verir ki, hesabata görə, bu il ən azı 124 jurnalist və media işçisi həyatını itirib. Onların demək olar ki, üçdə biri İsrailin Qəzzaya hücumları zamanı öldürülən fələstinli jurnalistlər olub.

Komitə qeyd edib ki, 2024-cü ildə 85 jurnalist, 2023-cü ildə isə 78 jurnalist İsrail-Qəzza müharibəsi zamanı həlak olub.

Qəzza və Livandan kənarda 16 ölkədə 39 jurnalistin öldürülməsi qeydə alınıb. Sudan, Pakistan, Meksika, Suriya, Myanma, İraq və Haiti ən təhlükəli ölkələr arasında olub.

Bu, CPJ-nin 30 ildən artıqdır apardığı qeydlər arasında ən yüksək göstəricidir. Əvvəlki rekord 2007-ci ildə, İraq müharibəsində 113 jurnalistin öldürülməsi zamanı qeydə alınıb.

"Jurnalistləri öldürənlər cəzasız qalarsa, mətbuat üçün ölümcül şərait daha da pisləşə bilər. Daha az jurnalist – vətəndaşlar üçün daha az məlumat deməkdir." - deyə Komitə xəbərdarlıq edib.

Digər Kateqoriyalar

2025 © Azervoice