Bakı,
AzerVoice
İsraildə keçirilən bir araşdırmaya görə, avropalıların 74%-i
İsrailə səfər etməyə maraq göstərmir.
AzerVoice xəbər verir ki, məlumata
əsasən, Turizmin Gələcəyi konfransında təqdim olunan tədqiqat
fransızların 74%-nin, almanların və ingilislərin isə 50%-nin
İsrailə səfər etmək istəmədiyini ortaya qoyub.
Sorğuda iştirak edən avropalıların 38%-i İsraili müharibə və Fələstin-İsrail münaqişəsi ilə əlaqələndirdiyini bildirib. Ən azı 85%-i isə son 10 ildə İsrailə səfər etmədiklərini qeyd edib.
Tədqiqat yəhudi və yevangelist amerikalıların da İsrailə marağının azaldığını göstərib. Yalnız 50%-i İsraili Müqəddəs Torpaq kimi görsə də, yevangelistlərin 70%-dən çoxu və yəhudilərin 52%-i son 10 ildə İsrailə səfər etmədiklərini bildirib.
Araşdırmanın müəllifləri bu nəticələrin təhlükəsizlik məsələləri ilə bağlı olduğunu bildiriblər. İsrail Turizm Təşkilatları Bürosunun baş icraçı direktoru Yossi Fattal isə “İsrailin həm imic, həm də mövcudluq problemi var” deyə qeyd edib.