Bakı,
AzerVoice
ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə Hökumətin Səmərəliliyi
Departamentinin (DOGE) rəhbəri təyin etdiyi məşhur iş adamı İlon
Mask ilə görüşüb.
AzerVoice xəbər verir ki, görüş zamanı
Maskın 4 yaşlı oğlu X Æ A-12 isə mətbuat konfransında diqqətləri
üzərinə çəkib.
Görüş çərçivəsində keçirilən mətbuat konfransında Mask jurnalistlərin suallarını cavablandırarkən, oğlu X Æ A-12 atasının çiynində oturaraq, üz ifadələri və tez-tez atasının sözünü kəsməsi ilə diqqət mərkəzində olub.
Mask demokratiya barədə danışarkən, oğlu onun jestlərini təqlid etməyə başlayıb və bu, milyarderin tez-tez fasilə verməsinə səbəb olub.
Maskın pərəstişkarları onun oğlunun Oval Ofisdə sərbəst davranışlarını maraqla izləyib və sosial şəbəkələrdə "çox şirin" və " oğlu əsas şounu oğurladı" kimi çoxsaylı şərhlər yazıblar.
Görüş zamanı X Æ A-12 atasının danışığını kəsərək ABŞ Prezidenti Donald Trampa “Sən prezident deyilsən və getməlisən. Sənin susmanı istəyirəm” deyib.Tramp isə bu sözlərə reaksiya verməyib və susqunluğunu qoruyub.