16
Bakı, AzerVoice
Türkiyə və Pakistan aralarında misli görünməmiş əlaqələri olan iki ölkədir.
AzerVoice xəbər verir ki, Şərif bu sözləri Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşündə açıqlayıb.
Ərdoğan Pakistanın baş naziri Şəriflə rəsmi görüş keçirib
Pakistanın baş naziri Şərif Türkiyə ilə Pakistan arasında "görünməmiş" bir əlaqə olduğunu ifadə edərək, "Biz Türkiyəni zəlzələ, sel və təbii fəlakətlərdə hər zaman yanımızda gördük" – deyib.
Eyni zamanda Şərif "Türkiyə hazırda dünyanın ən sürətlə böyüyən və ən sürətlə inkişaf edən ölkələrindən biridir" – deyə Şərif vurğulayıb.
Qeyd edək ki, Şərif rəsmi görüşlər üçün Pakistana səfər edən prezident Rəcəb Tayyib Ərdoğanla Baş nazirlik binasında görüşüb.