13
Bakı, AzerVoice
Perunun Pukalpa şəhərində iki qayığın toqquşması nəticəsində 6 sərnişin xəsarət alıb.
AzerVoice xəbər verir ki, Perunun Pukalpa şəhərində qayıq qəzası baş verib. Ucayalı çayında iki qayığın toqquşması nəticəsində 6 sərnişin xəsarət alıb.
Sosial şəbəkələrdə yayılan qəza görüntülərində qayıqlardan birinin digərinin şüşələrini sındırdığı görünür.
Qeyd edək ki, qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb, ilkin məlumata görə, daha böyük gəminin kapitanının yuxuya getməsi ehtimalı var.