Əsas səhifə » İsrail İranın nüvə obyektlərinə hücum edə bilər - Wall Street Journal

İsrail İranın nüvə obyektlərinə hücum edə bilər - Wall Street Journal

BAKI, AzerVoice

Wall Street Journal (WSJ) xəbər verir ki, ABŞ kəşfiyyatı İsrailin İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşdığına dair hesabat hazırlayıb.

AzerVoice xəbər verir ki,məlumatda İsrailin Tramp administrasiyasının dəstəyini almaq üçün təzyiq göstərə biləcəyi və hücum üçün ABŞ-ın hərbi dəstəyi və sursatına ehtiyac duyacağı vurğulanıb.

Hesabatda, həmçinin, İranın hərbi infrastrukturunun zəiflədiyi və bölgədə gərginliyin arta biləcəyi qeyd edilib.

ABŞ kəşfiyyatı bu riskin Baydenin prezidentlik müddətinin sonuna doğru daha da yüksəldiyini bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice