Bakı,
AzerVoice
Mərakeş Milli Su və Meşə Agentliyinin rəhbəri Abdelrahim Humi
açıqlayıb ki, Ərəb və Aralıq dənizi ölkələri meşə yanğınları ilə
mübarizə üçün birgə şəbəkə yaratmağı planlaşdırır.
AzerVoice xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Mərakeş hökumətinin təşkilatçılığı ilə Rabatda keçirilən beynəlxalq konfransda Türkiyə də daxil olmaqla 18 ölkə iştirak edib.
FAO rəsmisi Feda Haddad qeyd edib ki, son illərdə Yaxın Şərqdə
və Ərəb regionunda yanğınlar artıb və onların ekosistemə təsiri
ciddi nəticələr doğurur.
Humi konfransın bütün aidiyyəti ölkələr arasında yanğın riskləri
ilə mübarizə şəbəkəsi yaratmaq məqsədi daşıdığını bildirib və bunun
təbii sərvətlər üçün təhlükə yaradan meşə yanğınlarının idarə
olunması ilə bağlı təcrübə mübadiləsi və birgə işə başlamaq üçün
fürsət olduğunu qiymətləndirib.